EN

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərli “Report”a açıqlamasında söyləyib.

“Ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.

Məsələylə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni azərbaycanlılara qarşı "qəbuledilməz zorakılıq" olduğunu qeyd edib.

Rusiya tərəfindən belə məlumat yayılıb ki, hansısa cinayət işi ilə bağlı Rusiya hüquq mühafizə orqanları axtarışlar aparıb və müəyyən həbslər həyata keçirib. Bu axtarışların aparılması və həbslərin həyata keçirilməsi ilk növbədə qanunvericiliyə uyğun olmalıdır. Rusiya hüquq mühafizə orqanlarının bizim soydaşlarımıza münasibətdə nümayiş etdirdiyi davranış birbaşa zorakalıqdır. Artıq Azərbaycan XİN-də bununla bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmisi Azərbaycan XİN-ə çağrılaraq ona Bakının kəskin etirazı bildirilib”, – deputat xatırladıb.

“Düşünürəm ki, qısa müddət ərzində Rusiya məsələ ilə bağlı bizim narahatlığımızı aradan qaldıracaq mövqe nümayiş etdirməlidir. Əks halda baş verən bu hadisələr iki ölkə arasındakı münasibətlərə çox neqativ təsir göstərəcək”, – o vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada baş vermiş hadisəni şiddət kimi qiymətləndirib: “Düşünürəmki, bu həmvətənlilərimizə qarşı şiddətdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin hücumu ilə üzləşmiş azərbaycanlılar işgəncə ilə üzləşdiyini də bildirib. Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər”.

Chosen
10
40
report.az

10Sources