Lənkəranda iş adamı bıçaqlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Böyük Bazar” adlanan ərazisində baş verib.
Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayı” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 5 bıçaq zərbəsi alıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və zəruri ilkin tibbi yardımdan sonra cərrahi əməliyyata alınıb.