Tom Hiton “Mançester Yunayted” ilə yeni müqavilə imzalayıb.
Klubun rəsmi saytının məlumatına görə, 39 yaşlı qapıçı ilə daha birillik sözləşmə rəsmiləşib. Akademiyanın yetirməsi olan təcrübəli oyunçu peşəkar karyerasının 20-ci mövsümünə başlayacaq.
O, MY-nin futbolçusu kimi ilk dəfə 2005-ci ildə icarə əsasında “Suindon Taun”da çıxış edib.
Qeyd edək ki, Hiton son mövsümdə əsas komandanın heyətində meydana çıxmayıb.