EN

Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumata görə, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər. Sezar pizza

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.

Xəbər 2 dəfə oxunub.
Chosen
1
50
xezernews.az

10Sources