EN

Kredit kartı və kredit borcu olanların borcları ödəniləcək

Türkiyədə İqtisadi rahatlığın başlanğıcı olacaq mühüm qərar rəsmiləşdi. Rəsmi Qəzetdə yayımlanan məlumatda qeyd olunur ki, kredit və kredit kartı borcu olan milyonlarla vətəndaşın borcu bağlanacaq. Dövlət bankları borclulara dəstək olmaq üçün yeni bir tətbiqi həyata keçirir.

Kredit borcu olanlar üçün yeni dövr başlayır

Artıq dövlət banklarından borc bağlama krediti vasitəsilə maliyyə çətinliyində olan şəxslərə aşağı faizli, uzunmüddətli və rahat ödəmə planlı kredit təklif olunacaq. Bu sistem sayəsində borclar vahid bir kredit altında birləşdiriləcək və vətəndaşların aylıq yükü azalacaq.

Tək müraciətlə bütün borcları bağlamaq imkanı

Yeni qərar xüsusilə yüksək faizlə borclanan və ya kredit kartı borcunu minimum ödənişlə uzatmağa çalışanlar üçün çıxış yoludur. İndi vətəndaşlar daha az faizlə, daha uzun müddətə və daha rahat şərtlərlə borclarını yenidən qurub bağlaya biləcəklər.

Əsas şərtlər çox sadədir

Müraciət üçün gəlir sənədi təqdim etmək, kredit tarixçəsinin uyğunluğu və dövlət banklarında aktiv müştəri olmaq kifayət edəcək.

Borclarınızı birləşdirin, maliyyə yükünüzü azaldın

Ziraat Bankası, Vakıfbank və Halkbank başda olmaqla bir çox dövlət bankı bu kredit növünü təqdim edəcək. 36 ayadək müddət, zərurət olduqda ilk 3 ay ödənişsiz başlanğıc və fərdi faiz imkanları ilə bu kredit, minlərlə insanın maliyyə vəziyyətinə sabitlik gətirəcək.

Artıq borc bataqlığından çıxmaq mümkündür

Yeni sistem kredit və kart borclarını çevirməkdə çətinlik çəkən vətəndaşlara həm hüquqi riskdən, həm də kredit reytinqinin düşməsindən qorunmaq imkanı yaradacaq.

Vüsal

Chosen
278
50
bakuinfo.net

10Sources