EN

ABŞ Rusiyaya qarşı “Paks-2” layihəsi üzrə sanksiyaları ləğv etdi

BAKI, 29 iyun. TELEQRAF

ABŞ Rusiyaya qarşı “Paks-2” Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı tətbiq edilən bəzi sanksiyaları ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Nazirin sözlərinə görə, əvvəlki ABŞ administrasiyası (prezident Co Baydenin dövründə) Macarıstanı “düşmən” kimi görür və bu səbəbdən atom elektrik stansiyasının genişləndirilməsi layihəsi ilə bağlı sanksiyalar tətbiq etmişdi.

“Tramp hökuməti Macarıstanı dost kimi qəbul edir və sanksiyaları ləğv edərək layihənin irəliləməsinə imkan yaratdı”, – deyə Siyarto vurğulayıb.

Nazir əlavə edib ki, “Paks” atom elektrik stansiyası üçün iri avadanlıqların istehsalı Rusiya və Fransada həyata keçirilir. Sanksiyaların bir hissəsinin aradan qaldırılması layihəyə yeni impuls verəcək.

Qeyd edək ki, daha əvvəl Peter Siyarto Bayden administrasiyasının “Paks-2” layihəsinin maliyyələşməsində iştirak edən “Qazprombank”la əməliyyatlara icazə verməməsini “siyasi qisas aktı” adlandırmışdı.

Chosen
52
39
teleqraf.com

10Sources