EN

Sabahdan leysan, dolu, daşqın gəlir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Chosen
18
49
news365.az

10Sources