EN

Belqradda polislə toqquşmalar olub


Təxminən 140,000 hökumət əleyhinə nümayişçi şənbə axşamı Serbiyanın paytaxtı Belqradda polisə qarşı toqquşdu. baki-xeber.com- un məlumatına görə, etirazçılar populist hökumətin erkən seçkilər keçirməsini tələb edirlər.Bu yürüş son yarım ildəki ən böyük aksiyalardan biri hesab olunur.Tələbələrin rəhbərlik etdiyi bu nümayişlər populist hökumətə qarşı təzyiqləri artıraraq erkən seçkilərin keçirilməsini tələb edir.

Nümayişlər ötən ilin noyabr ayında Novi Sad şəhərindəki bir dəmiryolu stansiyasının damının uçması və 16 nəfərin həlak olması ilə başlamışdı. Faciə ölkədə kök salmış korrupsiya ilə əlaqələndirilir. Şənbə günü günorta saatlarında etirazçılar Belqradın ən böyük meydanını doldurmuş, ətraf küçələrə də axışmışdılar.

Müstəqil Etirazları Monitorinq Qrupu – İctimai Yığıncaqlar Arxivi izdihamın sayını təxminən 140,000 nəfər olaraq göstərib ki, bu da polis tərəfindən verilən 36,000 nəfərlik rəsmi qiymətləndirmədən xeyli çoxdur.

“Biz seçki istəyirik!” – nümayişçilər Serbiya bayraqlarını yelləyərək, ölkənin müxtəlif şəhər və kənd adlarının yazıldığı plakatlarla şüarlar səsləndirirdilər.

Altı aydan artıqdır ki, tələbələr universitetləri blokadaya alıb, ölkə üzrə böyük nümayişlər təşkil edirlər. Onlar həlak olanlarla bağlı şəffaf araşdırma aparılmasını tələb edirlər. Ancaq əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfə nümayişlər sülh yolu ilə keçməyib və etirazçılarla çevik polis arasında qarşıdurmalar yaşanıb. AFP jurnalistləri bir neçə toqquşma zamanı polis əməkdaşlarının gözyaşardıcı qaz və səs bombalarından istifadə etdiyini, etirazçıların isə polis sıralarına işıq fişəngləri atdığını müşahidə ediblər.

Polis direktoru Dragan Vasiljeviç bildirib ki, polis əməkdaşları hücuma məruz qaldıqdan sonra dəyənəklərdən istifadə ediblər, lakin kütləni dağıtmaq üçün “kimyəvi maddələr” tətbiq etmədiklərini qeyd edib. Onlarla insan saxlanılıb, 6 polis əməkdaşı və 2 nümayişçi yaralanıb, deyə Vasiljeviç əlavə edib.

Nərgiz QƏHRƏMANOVA
Azərbaycan Universitetinin
Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəs

Chosen
32
2
baki-xeber.com

10Sources