EN

NBC: Uitkoff yaxın günlərdə İranla nüvə sazişi üzrə danışıqlar aparacaq

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff yaxın bir neçə gün ərzində İran hakimiyyəti ilə Tehranın nüvə proqramı üzrə mümkün razılaşma ilə bağlı danışıqlar aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, danışıqların mövzusu Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırması olacaq. Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
50
yeniazerbaycan.com

10Sources