EN

Messidən PSJ dövrü ilə bağlı səmimi etiraf: “Heç bir gün xoşbəxt deyildim”

Argentina millisinin və "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi Paris Sen-Jermen (PSJ) komandasında keçirdiyi müddətlə bağlı səmimi açıqlama verib.

Milli.Az xəbər verir ki, "El Nacional"a istinadən yayılan məlumatda Messi, Fransada keçirdiyi iki ili belə dəyərləndirib:

"Gündəlik həyatımda xoşbəxt deyildim. Bu, mənim üçün yaxşı bir dövr deyildi. Zövq almadığım iki il oldu. Hər gün - istər məşq, istərsə də oyun - mənə heç bir həzz vermirdi. Uyğunlaşmaq mənim üçün olduqca çətin idi."

Dünyaca məşhur futbolçu klubdakı münasibətlərdən və azarkeşlərlə arasındakı gərginlikdən də bəhs edib:

"İlk zamanlar azarkeşlər məni mehribanlıqla qarşıladılar, lakin sonradan münasibət dəyişdi. Onlarla aramızda sanki bir uçurum yarandı. Bu, əsla istədiyim bir şey deyildi. Mbappe və Neymarın yaşadıqları təcrübələrin eynisini mən də yaşadım. Bu artıq orada bir davranış modelinə çevrilib."

Qeyd edək ki, "İnter Mayami" bu gün klublararası dünya çempionatının 1/8 final mərhələsində məhz Messinin sabiq klubu PSJ ilə qarşılaşacaq.

Kənan
Milli.Az

Chosen
21
50
milli.az

10Sources