AZ

Bred Pitt Messi haqda: "O, heyrətamizdir! Mən onu sevirəm"

Hollivudun ulduz aktyoru Bred Pitt Argentina millisinin kapitanı Lionel Messinin 2022-ci il dünya çempionatındakı çıxışına heyran qaldığını bildirib.

O, dünya futbolunun əfsanəsinə çevrilmiş Messinin pərəstişkarı olduğunu açıq şəkildə etiraf edib.

Bred Pitt bu barədə fikirlərini belə ifadə edib:
 

"O, heyrətamizdir! Mən onu sevirəm. Turist kimi belə, onu yenidən görmək üçün qaçardım”.


Qeyd edək ki, Messi hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak edir. O, bu gün Bakı vaxtı ilə saat 20.00-da 1/8 finalda “İnter Mayami”nin heyətində sabiq komandası PSJ-yə qarşı gücünü sınayacaq.

Seçilən
6
4
news365.az

10Mənbələr