AZ

Orada bir günümdən də razı qalmadım: Messidən qalmaqallı açıqlama

“İnter Mayami”nin və Argentina millisinin ulduzu Lionel Messi PSJ-dəki karyerasından danışıb.

Publika.az xəbər verir ki, Messinin sözlərini “El Nacional” sitat gətirib.

“İki il idi ki, nə həzz alırdım, nə də gündəlik həyatımda xoşbəxt deyildim. Mənim üçün yaxşı vaxt deyildi. Bir günümdən də razı deyildim – məşqlərdən də, matçlardan da. Uyğunlaşmaq mənim üçün çox çətin idi.

Əvvəldən qəbul çox isti keçdi. Lakin sonra insanlar mənə fərqli münasibət göstərməyə başladılar – Paris ictimaiyyətinin bir hissəsi. Azarkeşlərin böyük bir hissəsi ilə bölünmə oldu, bu, əlbəttə ki, mənim məqsədim deyildi. Hər şey əvvəllər Mbappe və Neymarda da olduğu kimi oldu. Mən bilirəm ki, bu, onların davranış tərzidir”, – Messi deyib.

Seçilən
4
50
publika.az

10Mənbələr