EN

Liderlik bacarıq deyil, fəzilət işidir - Keçmiş rəhbər Harold Geenenin liderlik fəlsəfəsi

57 illik yolumda rəhbər mövqelərdə olmuşam, 25-dən çox sahədə insanlarla işləmişəm. Və bu nəticəyə gəlmişəm ki, liderlik öyrədilmir, öyrənilir. Bu fikri “ITT” şirkətinin keçmiş rəhbəri Harold Geenen deyib.

Bu yanaşma onu da göstərir ki, lider olmaq təkcə bacarıqla ölçülmür. Əsas fərq insanın içindəki keyfiyyətlərdədir. 1980–1990-cı illərin iki tanınmış CEO-su “GE”dən Cek Velç və “Tyco”dan Dennis Kozlovski buna nümunədir. Hər ikisi ağıllı və sərt idi. Amma biri düzgünlüklə, digəri həbslə tarixə düşdü.

Valyuta.az rəhbər Harold Geenen illər ərzində müşahidə etdiyi liderlik əsaslarını təqdim edir:

Baxış

Böyük liderlər gələcəyin sadəcə baş vermədiyini, yaradıldığını bilirlər. Onlar gələcəyi hamıdan əvvəl görür, onu aydın şəkildə ifadə edir və ona sarsılmaz bağlılıq nümayiş etdirirlər.

Dürüstlük

Bu liderlər həddən artıq səmimi, ədalətli, qərəzsiz, etik və əxlaqlıdırlar. Dediklərini edirlər, etdiklərini isə deyirlər. Davamlı və ardıcıl davranırlar.

Özünüdərk

Onlar həm özünə güvənir, həm də eqoist deyillər. Reallığı olduğu kimi görür, indiki vaxtla barışıq içindədirlər. Güclüdürlər, lakin bu gücü başqalarının zərərinə deyil, onların rifahı üçün istifadə edirlər. Empatiya qabiliyyətləri yüksəkdir və bu gücü başqalarına xidmət məqsədilə istifadə edirlər.

Geniş baxış bucağı

Dünya daim genişlənir və yalnız “öz dükanına baxmaq” yanaşması uğursuzluqla nəticələnəcək. Böyük liderlər həm öz şüur sərhədlərini, həm də ətrafındakıların düşüncə imkanlarını genişləndirməyə çalışırlar.

Enerji

Bu liderlər güc və dözümlülük nümunəsidirlər. Onlar əvvəl yüksək məhsuldarlığa sahib olan “generatorlar” idilər, indi isə “termonüvə reaktorları” kimi ətrafdakılara enerji ötürürlər. Onlar enerjini yalnız istifadə etmir, onu artırırlar.

Yaradıcılıq

Yaradıcılıq – hər hansı bir fərdin, təşkilatın və ya dövlətin sahib ola biləcəyi yeganə davamlı sərvətdir. Böyük liderlər anlayırlar ki, hazırkı resursları əllərindən alınsa da, yeni ideyalar yaratmaq qabiliyyətləri onları yenidən zirvəyə qaldıracaq.

Etimad

Tomas Edison 300 köməkçisinin olma səbəbi barədə sualı belə cavablandırmışdı: “Çünki bu qədər işi tək edə bilmərəm”. Hətta dünyanın ən böyük ixtiraçısı belə, güvənin nə qədər vacib olduğunu başa düşürdü.

Zarafat və yumor hissi

Oxumaqdan sonra insanlığı ən çox irəli aparan xüsusiyyət – yumor hissidir. Bu, insanlara məxsus unikal bir keyfiyyətdir və düşmənçilikdən uzaq olduğu müddətdə, liderlikdə əvəzolunmaz fəzilətə çevrilir.

Müşahidə

İlk dəfə rəhbərlik etdiyim insandan tutmuş bu günə qədər rastlaşdığım bütün liderlər arasında fəzilət, bacarıqlardan daha önəmli olub. Liderliyin əsl fərqi, məhz bu dəyərlərdə yatır.

Sərvanə Rəmixanova

Chosen
11
valyuta.az

1Sources