EN

Şəkidə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Böyük Dəhnə kəndində qeydə alınıb.

Belə ki, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Chosen
28
5
redaktor.az

10Sources