EN

"Kəpəz" iki legioneri ilə müqavilə müddətini yeniləyib

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.

90deqiqe.Az-ın məlumatına görə, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə ikiillik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Chosen
20
2
90deqiqe.az

10Sources