Ajans.az xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb. Ləğv edilmiş tədbirlərin siyahısında müğənnilər Basta (30 avqust, Sea Breeze Resort), Leonid Aqutin və Anjelika Varumun (29 oktyabr, Heydər Əliyev Sarayı) konsertləri, "Şelkunçik" (13 iyun, Heydər Əliyev sarayı), "Romeo və Cülyetta" (12 oktyabr, Heydər Əliyev Sarayı) və Sergey Bezrukovun iştirakı ilə "Xuliqanın etirafı" (17 oktyabr, Heydər Əliyev Sarayı) tamaşaları, həmçinin Yevgeni Sinyakovun stand-up-ı (1 noyabr, Opera studiya) və Yumor Festivalı (18 iyul, Sea Breeze Resort) daxildir. Qeyd edək ki, bu tədbirlərin hamısı üçün bilet elanları saytlardan yığışdırılıb.
Xatırladaq ki, Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.