AZ

Emin Ağalsrov “DREAM FEST 2025”i yenilənmiş proqramla keçirəcək - Rusiya ilə bağlı qərara görə

23–26 iyul tarixlərində baş tutacaq beynəlxalq musiqi festivalı "DREAM FEST 2025"in proqramında dəyişikliklər edilib.

Musavat.com xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instagram hesabında məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli müraciətindən sonra tədbirin proqramında bəzi günlər üzrə düzəlişlər edilib. Xüsusilə festivalın 1-ci və 3-cü günləri üçün heyət dəyişməz qalacaq, 2-ci və 4-cü günlərdə isə yeni ifaçılar təqdim olunacaq.

Emin Ağalarov bildirib ki, yenilənmiş ulduz siyahısı yaxın günlərdə elan olunacaq. Dünyanın müxtəlif ölkələrindən məşhur sənətçilərin iştirakı nəzərdə tutulur.

Aktual festival proqramı belədir:

23 iyul – Açılış mərasimi

24 iyul – Müslüm Maqomayevin yaradıcılığına həsr olunan tribute-konsert

25 iyul – SUPER Star günü

26 iyul – SUPER Hit günü

E. Ağalarov qeyd efib ki, festival biletlərinin dəyişdirilməsi və geri qaytarılması zərurət yarandıqda biletləri satan operatorların qaydalarına əsasən mümkün olacaq.

Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
0
5
musavat.com

10Mənbələr