Göygöldə qəza olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov