EN

Azərbaycan komandası ilk 7 liyə düşə bilməyib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şimali Makedoniyanın paytaxtı Skopyedə kadetlər arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə qarışıq komandalar mübarizə aparıblar.

Azərbaycan yığması ilk 7-liyə düşə bilməyib.

Cüdoçularımız əvvəlcə Çexiya komandasına 4:1 hesabı ilə qalib gəlsələr də, sonra Belarus kollektivinə 3:4 hesabı ilə uduzublar.

Mübarizəni təsəlliverici yarışda davam etdirən Azərbaycan komandası ilk qarşılaşmadaca Bolqarıstan idmançılarına 1:4 hesabı ilə məğlub olub.

Fransa qarışıq komandalar yarışının qalibi olub, Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən komanda 2-ci, Belarus və Gürcüstan isə 3-cü olublar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
50
icma.az

10Sources