Şimali Makedoniyanın paytaxtı Skopyedə kadetlər arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.
"Football-plus.az" xəbər verir ki, yarışın son günündə qarışıq komandalar mübarizə aparıblar. Yığmamız ilk "8-liy"ə düşə bilməyib.
Cüdoçularımız əvvəlcə Çexiya komandasına 4:1 hesabı ilə qalib gəlsələr də, sonra Belarus kollektivinə 3:4 hesabı ilə uduzublar.
Mübarizəni təsəlliverici yarışda davam etdirən komandamız ilk qarşılaşmada Bolqarıstan idmançılarına 1:4 hesabı ilə məğlub olub.
Fransa qarışıq komandalar yarışının qalibi olub, Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən komanda 2-ci, Belarus və Gürcüstan 3-cü, Yunanıstan və Polşa 5-ci, Litva və Bolqarıstan isə 7-ci olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta