EN

"Saxta teleqram kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır" -Komitə

Rusiyanın "Azərbaycan diasporu" adlı saxta "Telegram" kanalında "Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib" başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Saxta "Telegram" kanalının belə məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.

"Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə həssas məqamda diqqətli olmağı xahiş edirik", - komitədən bildirilib.

Chosen
17
50
redaktor.az

10Sources