Sürüş tərzinə görə avropalıları Rusiya və ya hansısa Afrika ölkəsi ilə müqayisə etmək ədalətsiz olar.
Lakin bu heç də o demək deyil ki, Köhnə qitənin bütün sürücüləri intizamlıdır.
Avtosfer.az xəbər verir ki, “Vinci Autoroutes” Fondu avropalı sürücülərin intizamsızlıqla bağlı təsnifatını aparıb. Təsnifat zamanı məlum olub ki, ən çox rast gəlinən qaydfa pozuntuları sürət həddini aşma, ara məsafəsi və mobil telefondan istifadədir. Narkotikin və ya alkoqolun təsiri altında maşın sürənlərə az rast gəlinir.
Statistika göstərir ki, avropalılar ildən ilə daha təhlükəsiz sürürlər. Rəy sorğusu göstərir ki, əhalinin 87 faizi aqressiv sürücülərdən qorxur.
İntizamlı davranışa görə ilk yerlərdə isveçlilər, isveçrəlilər, norveçlilər və danimarkalılar gəlirlər.
Lakin onlar da ideal deyillər. İsveçlilərin ən böyük mərəzi mobil telefondan istifadədirsə, isveçrəlilər yüksək sürəti sevirlər.
İntizamsızlara gəlincə: fransız sürücülər söyüşə görə “liderdir”. İspanlar səs siqnallarından lüzumsuz istifadədə ad çıxarıblar. Yunanlar ara məsafəsi gözləmirlər. İtaliyalılar isə avtomobildən təhlükəli qaydada düşürlər.
Bir daha xatırlatmaq yerinə düşər ki, avropalı sürücülərin çoxu qitədən kənarda, məsələn Rusiyada və ya Afrika ölkələrində maşın sürməyə risk etmir.
Vüqar Yaşaroğlu