AZ

Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır - Dünya çempionatı

style='margin-bottom:10px;'>

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

Könül Əliyeva (48 kq) 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gələcək. 

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
8
2
teleqraf.com

10Mənbələr