EN

Qərbi Nil qızdırmasına 11 yoluxma halı aşkarlanıb...

Rusiya Federasiyasının Samara vilayətində 11 nəfərdə Qərbi Nil qızdırması aşkarlanıb.

SİA-nın məlumatına görə, təhlükəli virus bölgəyə turistlər tərəfindən gətirilib.

Xəstəliyə yoluxanlar arasında 7 uşaq da var.

Regional Rospotrebnadzor xəbər verir ki, Samarada beş, Voljski rayonunda daha iki, Çapayevsk, Novokuybışevsk və Kinelski rayonunda bir nəfər aşkar edilib.

İdarə xatırladıb ki, virus ağcaqanad və gənə dişləməsi ilə ötürülür.

İlkin məlumata görə, xəstələr xaricdə tətildə olarkən virusa yoluxublar.

Xəstəliyin müalicəsinə gəlincə, Qərbi Nil qızdırmasının müalicəsi yoxdur.

Həkimlər özlərini müşahidə və simptomatik müalicə ilə məhdudlaşdırırlar.

Semptomların özləri yüksək atəş, ağrı, konvulsiyalar və beyin şişməsidir.

Nazlı Almuradova

Chosen
5
39
sia.az

10Sources