BAKI. 30 iyun. TELEQRAF
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Mayami şəhərindəki "Hard Rok" stadionunda Almaniyanın "Bavariya" və Braziliyanın "Flamenqo" komandaları üz-üzə gəlib.
Görüş Münhen təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. 6-cı dəqiqədə Rio-de-Janeyro komandasının futbolçusu Erik Pulqar topu öz qapısına göndərib. 10-cu və 73-cü dəqiqələrdə Harri Keyn dubl edib. "Bavariya"nın daha bir qolunu 41-ci dəqiqədə Leon Qoretska vurub.
"Flamenqo"dan isə Jerson 33-cü, Jorjinyo penaltidən 54-cü dəqiqədə fərqlənib. Braziliya klubunun qışda "Qarabağ"dan transfer etdiyi Olavio Juninyo sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Bavariya" 1/4 finalda Fransanın PSJ klubu ilə üz-üzə gələcək. PSJ 1/8 finalda ABŞ təmsilçisi "İnter Mayami"ni darmadağın edib - 4:0. Daha əvvəl növbəti mərhələdə Braziliyanın "Palmeyras" və "İngiltərənin "Çelsi" komandalarının da qarşılaşacaqları məlum olub.