EN

Neft ucuzlaşdı

BAKI, 30 iyun. TELEQRAF

Neft qiymətləri ucuzlaşıb.

Teleqraf xəbər verir ki, buna Yaxın Şərqdə geosiyasi risklərin azalması və avqustda OPEC+ tərəfindən hasilatın yenidən artırılması ehtimalı fonunda təchizat gözləntilərinin yaxşılaşması səbəb olub.

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.23% azalaraq 66.64 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0.42% azalaraq 65.24 dollar təşkil edib.

Chosen
38
44
teleqraf.com

10Sources