Qlobal bazarlarda neftin qiymətində eniş qeydə alınıb.
Finss.az xəbər verir ki, ICE London qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı 2025-ci ilin sentyabr ayı üzrə “Brent” markalı neftin qiyməti 0,81% azalaraq 1 barel üçün 68,55 ABŞ dollarına düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə avqust ayı üzrə WTI markalı neftin qiyməti 0,79% azalaraq 66,92 ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az