EN

Rusiyada miqrantların avtomobillərini yandıran neonasistlər saxlanılıb

Xəbər verdiyimiz kimi Rusiyada hüquq-mühafizə orqanlarının azərbaycanlılara və ümumilikdə miqrantlara qarşı təzyiqlər artıb.

Bu gün isə miqrantlara qarşı daha bir hücum olub. Volqoqradda neonasizm ideologiyasını təbliğ edən 4 yeniyetmə miqrantların və Rusiyanın daxilindəki respublikalardan olan insanların avtomobillərini yandırması barədə məlumat yayılıb. Onlar saxlanılıblar. Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti bu barədə məlumatı öz saytında yayıb.

İstintaq Komitəsinin məlumatına görə, ekstremist qruplaşmanı messencerdə müəyyən millətlərə və fərqli dini baxışlara malik insanlara qarşı zorakılığa çağıran paylaşımlar dərc edən 17 yaşlı oğlan yaradıb.

Xatırladaq ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ölkədə Rusiyanın dövlət və özəl qurumları tərəfindən planlaşdırılan bütün mədəni tədbirlərin ləğv edildiyini açıqlayıb. Buna səbəbYekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı məqsədyönlü, zorakı hərəkətlər olub. İyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri sözügedən ərazidə zorakı reydlər keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox azərbaycanlını saxlayıb, bir neçə nəfər isə işgəncələrə görə həlak olub.

Tural

Chosen
55
news365.az

1Sources