Bu gün "Qarabağ" yay fasiləsində ilk yoxlama oyunu çərçivəsində "Zirə" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Azersun Arena"da  Rəşad Sadıqovun kollektivi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək Ağdam təmsilçisi hazırlığını Avstriyada davam etdirəcək.

"Zirə" isə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq.