UEFA Konfrans Liqasında mübarizə aparacaq "Zirə" təlim-məşq toplanışı keçmək məqsədilə Türkiyəyə yollanıb.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv qardaş ölkənin Bolu şəhərində hazırlaşacaq.

"Qartallar" 12 günlük təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama matçında qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, "Zirə" yeni mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçib. Komanda iyunun 30-da "Qarabağ"a yoldaşlıq görüşündə 0:4 hesabı ilə uduzub.

Onu da əlavə edək ki, Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə" - "Hayduk" (Split, Xorvatiya) oyunu iyulun 24-də Bakıda gerçəkləşəcək.