EN

“Gəncəli Mübariz” xərçəngə tutuldu - Vəziyyəti ağırdır

25 ildir həbsdə saxlanılan "Gəncəli Mübariz" kimi tanınan Mübariz Ramiz oğlu Niyazovun səhhətində ciddi ağırlaşmalar qeydə alınıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 72 yaşlı Mübariz Niyazovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, o, 1 dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 2 dəfə isə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bununla yanaşı Mübariz Niyazovun digər xəstəliklərdən də əziyyət çəkdiyi, ürəyinə 4 stend yerləşdirilidiyi bildirilib. Bu ilin 2 iyun tarixində stendin dəyişdirilməsi zamanı isə o, kliniki ölüm keçirib.

Qeyd edək ki, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən "Gəncəli Mübariz" ömürlük həbs cəzasına məhkum edilib və 25-ildir ki, cəzaçəkmə müəssisəsindədir.

Milli.Az

Chosen
44
5
milli.az

6Sources