EN

Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq olunacaq

Bu ilin sentyabr ayının 1-dən etibarən Rusiyada miqrantlar yaşayış yeri üzrə qeydiyyata düşmək üçün 500 rubl rüsum ödəməlidirlər.

Operativ Media "İz.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin təklif etdiyi qanuna dəyişiklikdə bildirilir.

Belə ki, əcnəbilərin müvəqqəti qalma müddətinin uzadılması üçün 1000 rubl, iş icazəsinin uzadılması üçün isə 4200 rubl məbləğində rüsum da tətbiq ediləcək.

Bundan əlavə, yaşayış yeri üzrə qeydiyyat 420 rubl əvəzinə 1000 rubla başa gələcək.

Chosen
23
50
operativmedia.az

10Sources