İyulun 2-də San Luis Obispo qraflığında başlayan yanğın təxminən 21,300 hektar ərazini əhatə edib və yanğının yalnız 10 faizi nəzarət altına alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 50 struktur risk altındadır və 208 nəfər təxliyyə edilib.