Tehran Vaşinqtondan nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyi barədə məlumat alıb.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
"Vaşinqton bizə deyir ki, danışıqlar aparmaq istəyirlər. Tarixlər hələ razılaşdırılmayıb. Biz danışıqların vaxtı və ya üsulu ilə bağlı razılığa gəlməmişik", - o, bildirib.