EN

"Qarabağ" malili yarımmüdafiəçi transfer edir

Hu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" transfer çalışmalarını sürətləndirib.

Operativ Media africafoot.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Gürcüstanın "Dila" klubunun malili yarımmüdafiəçisi Abubakar Konteni heyətinə qatmaq istəyir.

Mənbənin məlumatına görə, futbolçunu bir neçə Avropa klubu da transfer etmək istəyir. Azərbaycan çempionu bu trasnferdə əsas namizədlərdəndir.

24 yaşlı futbolçu üçün klubuna təklif göndərilib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 750 min avro qiymətləndirir.

Chosen
15
50
operativmedia.az

10Sources