Braziliyanın "Qremio" klubunda çıxın edən futbolçu Qabriel Silvanın karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub.
Operativ Media Sport24.az-a istinadən xəbər verir ki, "Qarabağ" yarımmüdafiəçini heyətinə cəlb etmək istəyib.
Hətta ölkə çempionu qarşı tərəfə təklif də göndərib. Klublar arasında ilkin razılıq olsa da, 23 yaşlı oyunçu "Qarabağ"ın təklifindən imtina edib.
Qeyd edək ki, Qabriel Silva "Qremio"nun yetirməsidir.