EN

Çində “bir uşaq siyasəti”nin ağır fəsadı

Çinin 1979-cu ildə əhalinin planlaşdırılması məqsədilə tətbiq edilən “bir uşaq siyasəti” bir çox ailə və uşaq üçün faciəyə səbəb olub.

“Cebheinfo.az” xəbər verir ki, son 35 ildə ən azı 150 min uşağın tək uşaq siyasətinin qurbanı olduğu, yetim kimi təqdim edilərək övladlığa verildiyi üzə çıxıb.

İllərlə tətbiq olunan məcburi doğum nəzarətləri, gecikmiş abortlar və ağır maliyyə cəzaları nəticəsində təxminən 60 milyon qız uşağı ya doğulmadan əvvəl abort etdirilib, ya da valideynləri tərəfindən tərk edilib.

Təxminən 150 mindən çox uşaq, əksəriyyəti qızlar saxta sənədlərlə “kimsəsiz” kimi göstərilərək uşaq evlərindən xarici ölkələrə evlatlığa verilib.

Onlardan biri də Fu Lian Doble adlı qadındır. 1999-cu ildə İngiltərəyə evlatlığa verilmiş Doble uzun illər ailəsi tərəfindən tərk edildiyini düşünürdü.

Bu vasitə ilə Çində yaşayan bacısı ilə əlaqə qurub və aparılan DNT testi nəticəsində onların doğma bacı olduqları təsdiqlənib. 

2024-cü ildə Doble Çinin Hunan əyalətinə gedərək bioloji ailəsi ilə görüşüb. Ailəsi onu heç vaxt tərk etmək istəmədiklərini, sadəcə məcburiyyət qarşısında belə bir addım atdıqlarını söyləyib.

Chosen
19
50
cebheinfo.az

10Sources