AZ

Rusiyada abort etdirən, uşaq dünyaya gətirməyən qadınlara sərt cəzalar verilə bilər: Qanun hazırlanır

Rusiya əhalisi hər il kəskin şəkildə azalır. Hökumət bu azalmanın qarşısını almaq üçün yeni qanun layihəsi hazırlayır. Vətəninfo.az Rusiya mediasına istinadən xəbər verir ki,  hökumət Rusiyanın mərkəzində və bölgələrdə  bununla bağlı ciddi mübarizəyə başlayır.

Rusiya mətbuatının məlumatına görə Nijni Novqorod vilayətində  qadınları abortdan çəkindirmək olan qadınlardan ibarət “demoqrafik xüsusi təyinatlılar” yaradılır. Artıq Rusiyada qubernatorlar doğum nisbətini artırmaq üçün biri-biri ilə yarışa giriblər. Bəzi qubernatorlar öz vilayətlərində yeni layihələrə start veriblər. Artıq bununla bağlı təbliğat gedir. Media iddia edir ki, qadınlara  uşaq dünyaya gətirmək üçün milyonlar təklif edilir, bəziləri isə abort əleyhinə reydlər  təşkil edir.

Rəsmi rəqəmlərə görə  2025-ci ildə Rusiya əhalisi 146,1 milyon nəfər olub – bir ildə 31 min nəfər azalıb.

Digər regionlar isə maliyyə motivasiya yolunu seçiblər. Vologda bölgəsində, bölgədə doğum edən hər kəsə,  50 min rubl vəd edirlər. Yamalda hər doğulan  uşaq üçün  3 milyon rubl müküfat təyin edilib.

Rusiyalı ekspertlər hesab edir ki, hökumət doğum səviyyəsini artırmaq üçün yeni qanun layihəsinin hazırlanmasına start verib. “Yeni qanuna görə abort etdirən qadınlar hətta həbs də edilə biləcək”- deyə ekspert Andrey Şirin bildirib.

 

Seçilən
18
50
veteninfo.az

10Mənbələr