EN

Cəlal Harutyunyana general-leytenant rütbəsini Ermənistan prezidenti Armen Sarksiyan verib - Arayik Harutyunyan

Bakı. Trend:

İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanınvaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ciildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindənverildiyini açıqlayıb.

Trend xəbər verir ki, o,qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlıqüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə birqərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “CəlalHarutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasınınprezidenti Armen Sarksiyan tərəfindən verilib. Baş nazirintəqdimatı ilə prezident bu əmri imzalayıb”.

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarmaqurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsininolmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlıqüvvələrinin qurumudur. Hərbi prokurorluq da ErmənistanProkurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəməproseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni,Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Chosen
134
50
az.trend.az

10Sources