Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun ölkəsi ilə bağlı fikirlərinə operativ reaksiya verib.
Viral.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla İrəvanda keçirdiyi mətbuat konfransında Lavrovun məlumatlarının “natamam və yanlış” olduğunu bildirib.
“Cənab Lavrovun nəzərdə tutduğu məsələ ehtimal ki, bəzi kilsə xadimlərinin Ermənistandakı siyasi proseslərə cəlb edilməsi və müdaxiləsinə aiddir və hüquq-mühafizə orqanlarının versiyasına görə, söhbət çevrilişə cəhddən gedir. Bu, hüquqi prosesdir və Ermənistanın daxili işidir. Cənab Lavrovun Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaması daha yaxşıdır”.
Son Yazılar:
- Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa ÇAĞIRDI
- Sabahdan məktəbli formalarının qiyməti aşağı DÜŞÜR
- “Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti DAYANDIRILDI
Qeyd edək ki, Lavrov bildirib ki, Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur.