EN

Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz artıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manat təşkil edib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3 faiz artıb.

İstehlak məhsullarının 39,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
50
azertag.az

10Sources