Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 22,745 milyon avro alqı-satqısı həyata keçirib.
Hafta bildirir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,027 milyon avro və ya 18,1% azalıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 27,772 milyon avro alqı-satqısı həyata keçirmişdi.
Hesabat dövründə bankların avro alışının həcmi 11,906 milyon avro, satışının həcmi isə 10,839 milyon avro olub.
Avro alışı illik müqayisədə 973 min avro və ya 8,9% artıb, satışı isə 6 milyon avro, yaxud da 35,6% azalıb.
2024-cü ilin bəhs olunan dövründə banklar 10,933 milyon avro alış, 16,839 milyon avro satış həyata keçirmişdi.