BAKI. 30 iyun. TELEQRAF
“Sabah” klubu futbolçusu Sofian Çakla ilə yollarını ayırıb.
Teleqraf "bayquşlar"ın rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Çakla 2023-cü ildən çıxış etdiyi “Sabah”da 71 oyunda 5 qol vurub.