EN

Dövlət Komitəsi qohum nikahlarının qadağan edilməsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyəedilən yeni dəyişiklik 1 iyul 2025-ci il tarixindən qüvvəyəminir.

Trendxəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində,Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixliQanunu sabahdan etibarən qüvvəyə minir.

Bu qanunla, erkən evlilik hallarına yol verilməsinin qarşısınıalmaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habeləqohum nikahlarından qaynaqlanan genetik və sosial risklərinqarşısını almaq məqsədilə bir sıra yeni hüquqi normalar müəyyənolunmuşdur.

Qanunda AR Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinədəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlıistisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkənevliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyədair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərinkeçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsiüçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əksolunmuşdur.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi,yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və yaerkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsicinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayanşəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlikyaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və yaerkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçünməsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görəməsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsəmünasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çoxolduqda yaranır.

Belə ki, əksər hallarda iyirmi yaş həddində gənclər əsasənvalideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsindəevliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinəgörə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin152-ci (on altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və yaseksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcudolduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olanşəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması vəcəzalandırılmasıdır.

Qanunda həmçinin AR Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahınbağlanmasına mane olan hallar) nəzərdə tutulan, aralarında nikahınbağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsiilə bağlı normalar əks olunmuşdur. Belə ki, yaxın qohumlarla yanaşıqardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya)nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı)və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğluarasında nikahın bağlanmasına yol verilməyəcəkdir.
Qanunun qəbulu yetkinlik yaşına çatmayanların erkən evliliyi vəqohum nikahları ilə bağlı ölkədə mövcud olan problemlərinqarşısının alınması məqsədi daşıyır. Hər iki məsələ özünün neqativfəsadları ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə vəeyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran,daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdəmüzakirələrə səbəb olan məsələlərdir.

Qanunvericiliyə edilən bu mühüm dəyişikliklər erkən evlilik vəqohum nikahlarına qarşı güclü addım olaraq cəmiyyətin sağlamgələcəyi üçün müstəsna əhəmiyyət daşıyır və gələcək nəsillərinsağlam formalaşmasına xidmət edir. Bu, təkcə hüquqi deyil, eynizamanda ictimai məsuliyyət tələb edən məsələdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, hərbir vətəndaşı, xüsusilə də media nümayəndələrini cəmiyyətimiz üçünvacib olan bu məsələyə diqqət yetirməyə, erkən evlilik və qohumnikahlarının qarşısının alınması istiqamətində maarifləndiricifəaliyyətlərə dəstək göstərməyə, həmçinin qəbul olunmuş qanununicrasına töhfə verməyə dəvət edirik.

Məqalədə:
Chosen
47
25
az.trend.az

10Sources