Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Azərbaycanda internet və sosial şəbəkələrin geniş yayılmasının, eyni zamanda, insan alveri və digər qanunsuz fəaliyyətlərin də artmasına səbəb olduğunu bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, ölkə əhalisinin 90%-dən çoxu internet istifadəçisi, onların da 82%-i sosial şəbəkə istifadəçisidir. İstifadəçilərin də çoxu gənc nəslin nümayəndələridir:
"Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alverinə, fahişəliyə cəlb etməyə, istismara və digər qanunsuz fəaliyyətlərə rast gəlinir. Bu baxımdan insan alverinin qarşısının alınması və əhalinin həssas təbəqələrinin insan alveri problemi ilə bağlı sosial şəbəkə üzərindən məlumatlandırılması, onların maarifləndirilməsi daha məqsədə uyğundur".
Pərvanə Fərhadqızı