AZ

Tanınmış futbol agentinə ittiham: İnsan alveri ilə məşğul olub?

Futbol dünyasının ən tanınmış agentlərindən biri olan 75 yaşlı Conatan Barnettə qarşı ağır ittihamlar irəli sürülüb.

Publika.az xəbər verir ki, onun barəsində insan alveri, işgəncə və təcavüz kimi cinayətlərlə bağlı iddialar var. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

İddiaçı qadının sözlərinə görə, Barnett onu 2017-ci ildə Avstraliyadan Böyük Britaniyaya guya humanitar yardım vədləri ilə gətirib. Lakin o, burada 6 il müddətində azadlıqdan məhrum edilib, dəfələrlə təcavüzə məruz qalıb və özü ilə yanaşı, övladlarının da həyatı ilə təhdid edilib.

Zərərçəkən qadın bildirib ki, bu müddət ərzində təcrid şəraitində saxlanılıb, su, qida və gigiyenik vasitələrdən məhrum edilib, fiziki zorakılığa məruz qalıb.

Seçilən
9
16
publika.az

10Mənbələr