EN

Qreta Tunberq Macarıstanda peyda oldu VİDEO

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “Eurasia Daily” portalına istinadən xəbər verir ki, Qreta Tunberq Macarıstan hakimiyyətinin gey-paradın ləğvi ilə bağlı qərarı ilə razılaşmadığını bildirib. İsveçli ekofəal tədbirin ləğvinə qarşı çıxan etirazçıları dəstəklədiyini və qadağa qərarlarının vətəndaşların hüquqlarını məhdudlaşdırdığını iddia edib. “Tədbiri qadağan etmək cəhdlərinə qarşı çıxan minlərlə insana qoşuluram”, - Qreta Tuberq müraciətində deyib.

İsrail Qreta Tunberqi tezliklə “yola salacaq” - VİDEO

Xatırladaq ki, iyunun 11-də Qəzza zolağına keçməyə cəhd göstərən Qreta Tunberqin İsveçə qayıtdığı məlum olub. Hava limanında Fələstin bayraqları daşıyan çoxlu sayda insan fəalı alqışlarla qarşılayıb. Ondan bir gün əvvəl İsrail qüvvələri “Azadlıq Donanması” koalisiyasının tərkibində Qəzza zolağı sahillərinə doğru hərəkət edən “Madlin” gəmisini yoxlayaraq saxlayıb. Gəmidə Tunberqdən başqa daha 11 nəfər, həmçinin Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları olub. Həmin gadisədən sonra isveçli fəal oğurlandığını iddia edərək İsrail hakimiyyətinə qarşı ittihamlar səsləndirib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
50
azvision.az

10Sources