EN

Kreml: Bakı ilə münasibətlərdəki gərginliyə görə təəssüf edirik

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra Azərbaycanın Rusiya ilə bağlı qərarlarına təəssüfləndiklərini bildirib. O, Bakının atdığı addımları əsassız hesab etdiklərini vurğulayıb.

Xalqcebhesi.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında deyib:

"Biz bu cür qərarların qəbul edilməsinə səmimi şəkildə təəssüf edirik. Hesab edirik ki, bu hadisələrin səbəbləri və mahiyyəti barədə izahat işləri davam etdirilməlidir."

Kreml rəsmisi əlavə edib ki, Rusiya hüquq-mühafizə orqanlarının fəaliyyəti bu cür reaksiyalara səbəb olmamalıdır.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
48
icma.az

10Sources