Bakı. Trend:
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirlərikeçirilib. Tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana,tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210ədəd metadon və preqabalin həbləri aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşları tərəfindən həyata keçiriləndigər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev dənarkotiklərin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalaraparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötəndövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.