BEYLƏQAN, 30 iyun. TELEQRAF
Beyləqanda minik maşını yük maşını ilə toqquşub ölən var.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Eyvazallar kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "KamAZ"markalı 10-SN-974 dövlət nömrəli yük maşını "VAZ"2107 markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən "VAZ" ın sürücüsü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.